Rusiyada alimlər ənənəvi Asiya mədəniyyətlərinin meditasiya təcrübələrini öyrənirlər. Buddist rahiblər tədqiqatçılara insan şüurunun xüsusi vəziyyətə düşmə mexanizmini anlamağa kömək edirlər.
Dini icmanın səkkiz üzvündən ibarət dəstə əvvəllər Moskva Dövlət Universitetində, İBMP-də və Beyin və Neyrofiziologiya İnstitutunda tədrisə dəvət olunublar.
"Biz qeyri-adi, dəyişdirilmiş şüur vəziyyətlərinin induksiya praktikasında maraqlıyıq. Buna sensor məhrumiyyət, dərin konsentrasiya və saatlarla meditasiya ilə nail olunur”,-deyə Rusiya Elmlər Akademiyasının tibbi-bioloji problemlər şöbəsinin direktoru Yuri Bubeev "Rusiya Kosmosu" jurnalına müsahibəsi zamanı deyib.
Alimlər uzunmüddətli kosmos uçuşunda qış yuxusu problemini düzəltmək üçün psixotexnologiya və digər üsullardan istifadə etməyə ümid edirlər. Kosmik pilotların digər planetlərə uçuşlar zamanı süni yuxuya getməsinin mümkünlüyünü öyrənmək üçün IBMP mütəxəssisləri Roskosmos ilə razılığa əsasən 2025-ci ilə qədər orada qalacaqlar.
Nubar Süleymanova, “İki sahil”