Son bir neçə ildə aparılan araşdırmalar insan psixologiyası ilə bağlı yeni maraqlı faktları öyrənməyə imkan yaradıb. Odur ki, yaxın oturun.
Xoşbəxtlik puldadırmı? Alimlər Maykl Norton və Elizabet Dannın apardığı araşdırma məşhur atalar sözünü təkzib etməyə kömək edib. Bu insanlar xoşbəxt həyat qurmaqda pulun böyük rol oynadığını sübut edib. Bununla belə, alimlər onların düzgün xərclənməsinin lazım olduğunu vurğulayıblar. Tədqiqatın nəticəsində məlum oldu ki, əşyalar deyil, təəssüratlara sahib olmalısınız. Məsələn, teatra və ya konsertə getmək bir cüt ayaqqabı almaqdan üstündür.
İş gününə səhər saat 10-dan əvvəl başlamaq olmaz. Tədqiqatçı Pol Kelli uzun müddətdir ki, insanların bioritmlərini müşahidə etməkdədir. O, sübut etdi ki, səhər saat 10-a qədər insanlar o qədər də səmərəli işləmir.
Əxlaqi dəyərlərdən uzaq və pis xüsusiyyət sayılan qeybətin sən demə insanlara faydası var imiş.
Alimlər haqsızlığa və yanlışlığa qarşı edilən qeybətin insan orqanizminə faydası olduğunu söyləyirlər. Onlar ədalətsizliklə qarşılaşan insanın onu bu hala salan şəxs barədə etdiyi qeybətin haqsız vəziyyətə düşən həmin insana faydalı olduğunu söyləyirlər. Yəni həmin insan bir növ öz haqsızlığını digərləri ilə bölüşərək özünü yüngül hiss edir.
Kaliforniya universitetinin psixologiya şöbəsinin mütəxəssisləri müxtəlif araşdırmalar aparmış və qeybət edən insanların ürək əzələlərinin sağlam və ürək döyüntülərinin normal olduğunu sübut etmişdilər.
Mütəxəssislər haqsızlığa və əxlaqsızlığa yönəldilmiş qeybətin insanlara mənfi, digər edilən qeybətlərin isə müsbət təsir etdiyini qeyd etmişlər. Onlar bunu insanların psixoloji vəziyyəti ilə əlaqələndirirlər.
Danimarkada dünyanın ən xoşbəxt insanları yaşayır. 2014-cü ildə aparılmış tədqiqatdan məlum olub ki, ölkə sakinlərinin xoşbəxtliyinin sirri onların DNK-sındadır.
Belə ki, Böyük Britaniyanın Uorik Universitetinin Qlobal Tədqiqatlar Mərkəzinin (University of Warwick’s Centre for Competitive Advantage in the Global Economy) alimləri Danimarka və Niderland kimi ölkələrin mütəmadi olaraq beynəlxalq xoşbəxtlik indeksi üzrə ÜDM-nin yüksək olduğu digər Avropa ölkələrini geridə qoymasını aydınlaşdırmaq qərarına gəliblər. Onlar tərəfindən yüksək həyat səviyyəsindən razılığın təkcə həyat səviyyəsindən deyil, həm də genetik amillərdən asılı olmasını sübut edən bir neçə faktlar aşkar olunub.
Bu günə qədər psixoloqlar tərəfindən 400-dən çox fərqli fobiya aşkar edilib.
Heç bilirdinizmi ki, xoşbəxt insanlarla ünsiyyətdə olmaq xoşbəxtliyə aparan yoldur. Tədqiqatçılar sübut ediblər ki, bədbəxt insanlar çevrəsində uzun müddət qalmaq bir insanın stress vəziyyətinə düşməsinə səbəb olur. Onlar sübut ediblər ki, əgər biz həyatından razı olan insanlarlar ünsiyyət qururuqsa , o zaman həyatımızda müsbət emosiyalar daha çox olur.
Pulu cəlb etmək üçün fikrinizi varlı həyata yönəltməlisiniz. Əgər siz həmişə pul çatışmazlığından şikayət edirsinizsə, varlı ola bilməyəcəksiniz. Çünki, siz ancaq pulun azlığı haqda düşünürsünüz. Fikrinizi pul çatışmazlığında cəmləməklə pulunuzun kifayət etmədiyi hallarla daha çox rastlaşacaqsınız. Bu haqda arzunuza çatmaq üçün yalnız varlı olmaq haqqında düşünmək lazımdır.
Alimlər müəyyən ediblər ki, hər hansı bir hadisənin qavranılması birbaşa musiqi fonu ilə bağlıdır. Səs emosional reaksiya yaradır. Məşhur psixoterapevtlər belə psixoloji pozğunluqları müalicə etmək üçün musiqidən istifadə edirlər.
İnsan eyni anda yalnız bir obyektə diqqət yetirməyi bacarır. Eyni anda bir neçə işi görmək nəticəyə mənfi təsir göstərir. İnsanların çoxu bunu mümkün saysa da elmi araşdırmalar sübut edir ki, bir işdən daha çox işə diqqəti cəmləmək mümkün deyil. Fiziki işlər istisnadır. Məsələn, yeriyə-yeriyə telefonla danışmaq mümkündür. Bu halda ya yola, ya da telefondakına diqqət verməliyik.
Sən dəmə, yaddaş peşədən asılıdır. Məsələn, alimlər, müəllimlər, aktyorlar, diktorlar arasında bununla bağlı problemlər az olur. Bu, həmin insanların böyük həcmdə məlumatları yadda saxlamaqları ilə bağlıdır.
Əvvəllər bəzi məşhur insanların inanılmaz yaddaşı var idi. Məsələn, arxeoloq G. Şlieman 6-8 həftə ərzində yeni bir dil öyrənə bilərdi. Semistokol Afinanın bütün sakinlərini - təxminən 20 min nəfəri adları ilə tanıyırdı. Kardinal Mezzofanti 100 dil bilirdi.
Yaddaş və yuxu arasında birbaşa əlaqə var. Daha az yatan insanlar hər hansı bir məlumatı daha pis xatırlayırlar.
Oksford universitetinin alimləri qayğılardan, narahatçılıqdan, stresdən qurtulmağın ən yaxşı vasitəsinin kitab oxumaq olduğunu deyirlər.
Hər kəsin öz “daxili saatı” var. Bəzi insanlar günün birinci yarısında, digərləri isə ikinci yarısında daha məhsuldar olurlar. İşlərinizi planlaşdırarkən bu, mütləq nəzərə alınmalıdır.
Sən demə, hər hansı bir qoxu insanda bir çox xatirələri oyada bilər. Məsələn, konfet qoxusu uşaqlıqda nənənin evində keçirdiyi vaxtı xatırlada bilər.
Samirə Tağıyeva, “İki sahil”