Təqvim 1906-cı ilin yaz aylarını göstərirdi. Mərakeşin Mərakeş şəhərində qadınlar bir-bir yoxa çıxmağa başlayıb. Əvvəlcə 10 qadının yoxa çıxması ilə hər kəs qadınların başına nə gələ biləcəyini araşdırmağa başladı. Çox keçmədən bölgədə böyük bir çaxnaşma yaşandı, çünki cəmi iki həftə ərzində yoxa çıxan qadınların sayı 36-ya yüksəlmişdi. Onlarla qadının başına gələnlər araşdırılsa da, heç kim bir ipucu tapa bilmirdi. Ancaq bir müddət sonra ortaya çıxan faktlar şübhəli kimi iki nəfəri göstərib. Mərakeş küçələrində yoxa çıxan 36 qadının başına gələnlərin tədricən üzə çıxması dəhşət doğurub. Qatilə hər kəsin gözü qarşısında verilən cəza isə ən qəddar üsullardan biri kimi tarixə düşüb.
Günahlarını etiraf ediblər
Hadj Mohammed Mesfevi və Annah Rahali 1900-cü illərdə Mərakeş şəhərində birlikdə yaşayırdılar. 60 yaşlarında olduğu düşünülən ikilinin öz ayaqqabı dükanları var idi. Onların dükanına gələnlərə tək məqsədi ayaqqabı satmaq olmayıb. Digər tərəfdən dükana gələnlərə məktub yazmağa kömək edirdilər.
Ərazidə yaşayanlar isə qadınların yoxa çıxmasından təşviş içində idilər. 1906-cı ilin aprelində qadınlar yoxa çıxmağa başlayanda bölgədə yaşayan hər kəs səlahiyyətli şəxslərlər ilə əməkdaşlıq edərək qadınların başına nə gələ biləcəyini öyrənmək istəyirdi. İlkin araşdırmalar nəticə verməsə də, heç kim təslim olmaq istəmirdi. Daha çox qadının yoxa çıxacağından qorxan əhali baş verənlərə aydınlıq gətirmək üçün səlahiyyətli şəxslərlərə təzyiq edirdi.
Yoxa çıxan qadınların ortaq bir cəhəti var idi. Hadj Mohammed Mesfevi və Annah Rahali ilə 36 qadının əlaqəsi olduğu öyrənilib. Bütün işarələr onların dükanını göstərincə, səlahiyyətlilər tezliklə ikiliyi tutub və onları sorğu-sual edib.
Çarmıxa çəkilmələrinə etiraz edilib
Qurbanlarını vəhşicəsinə qətlə yetirən ikilinin hərəkəti ərazidə yaşayan hər kəsi dəhşətə gətirib. Onlar əvvəlcə dükana gələn qadınlara zəhər verib, daha sonra vəhşicəsinə öldürüblər. Onların qadınları öldürməsinə səbəb isə varlanmaq istəyi olub.
İkilinin alacağı cəza az-çox bəlli idi. Onları çarmıxa çəkilməli idilər. Lakin həmin vaxt Mərakeşdə yaşayan və dəhşətli hadisədən xəbərdar olan bəzi xarici diplomatlar bu cəzaya qarşı çıxıblar. Onlar orta əsrlərə aid başqa bir cəza üsulunu təklif ediblər. Diplomatların təklifinə görə, onlar əvvəlcə camaatın gözü qarşısında günlərlə işgəncəyə məruz qalmalı, sonra isə üzərlərinə divar hörülməli idi.
Onlara verilən işgəncə cəzası1906-cı il mayın 15-də başa çatdı. İnsanlar isə onlara verilən cəzaya baxmaq üçün şəhər mərkəzinə axın edirdi. Bu ağır işgəncələr nəticəsində onların ölməməsi məqsəd qoyulsa da, Annah Rahali aldığı ölümcül zərbələrdən sonra həyatını itirib. Yalnız Mesvefi isə sağ qalıb. Beləliklə də, dünya tarixinə düşəcək “divar hörmə” tətbiqi başlanılıb.
Üzərinə divar hörülüb
Ona veriləcək son cəza günü isə 11 iyun idi. Məsfevinin edamı əvvəllər Mərakeşdə istifadə edilən bir üsul olmadığı üçün hər kəsin böyük marağına səbəb olmuşdu. Onun günlərlə işgəncələrə məruz qalmasına baxmayaraq heç vaxt danışmayıb, ancaq üzərinə divar tikiləcəyi ilə üz-üzə qalanda ilk dəfə peşman olduğunu söyləyib. Lakin bu heç nəyi dəyişməyib. Ertəsi gün qışqırıqlar sona çatdıqdan sonra, Mesvefinin divarın arxasında öldüyü təsdiqlənib.
Qeyd edək ki, “İmmurement” olaraq adlandırılan bu cəza üsulu orta əsrlər dövrünə qədər uzanır. Bu cəza üsulu ilk dəfə Roma İmperiyasında tətbiq edilib.
Xatırladaq ki bu cəza üsulun ortaya çıxması uzun illər əvvəllərə təsadüf etsə də, düşünülənin əksinə olaraq, yaxın tarixə qədər “immurement” tətbiq olunmağa davam edib.
Vüsal Cahanov, “İki sahil”