16 dekabr 2022 18:00
1594

Bu qəbilə ölüləri dəfn etmir - FOTO

Avstraliyanın şimalında yerləşən Yeni Qvineya adasında Anqu adlı vəhşi qəbilə  yaşayır. Təcrid olunmuş  bu xalq  sivilizasiyadan çox uzaqdır.  Onlar nəinki digər qonşu tayfaları tanımır, hətta bütün  yad insanları qəddar düşmən hesab edirlər. Qəbilə üzvləri, həmçinin qısa boyları ilə tanınırlar.  160 sm-dən artıq onlar   üçün böyük göstərici hesab olunur. 

Uzun müddət ərzində  anqular həddindən artıq aqressivliyi və qəddarlığı ilə məşhur olublar. Onların  ərazilərinə girən hər hansı bir insan  soyuqqanlılıqla öldürüldükdən sonra bişirilir və yeyilir. 

Məlumdur ki, hazırda  anqular adamyeyənliklə məşğul olmurlar, lakin qəbilə  sakinləri digər vəhşi  rituallarını qoruyub saxlayıblar.

Bəzən anqular  mərmi,  bal və digər malları  dəyişdirmək üçün onları  müəyyən bir yerə aparmaq üçün adanı tərk edirlər. Tacirlər, öz növbəsində onlardan  lazım olanı götürür, əvəzində isə qəbilə sakinlərinə   ədviyyatlar, duz, kibrit, boyalar verirlər.

Bu qəbilənin  qəribə bir ritualı var. Onlar  ölən insanları dəfn etmirlər,  mumiyaya çevirərək saxlayırlar.  Bunun üçün ölən insanı bir ay odların tüstüsündə saxlayırlar. Əvvəlcə cəsədin bədənindən parçalanmaya səbəb ola biləcək bütün mayelər çıxarılır, mədəsi bambuk borularla deşilir, diz və dirsək oynaqları kəsilir.  Bu  proses xüsusi seçilən  insanlar tərəfindən həyata keçirilir.

Mərhumun bədənində yığılan mayeləri onun  qohumlarına göndərirlər ki,  onlar da bunu  dəri və saçlarına tətbiq edərək  sevdikləri insanın  gücünü və hikmətini almış olsunlar.

Qurutma prosesi başa çatdıqdan sonra meyit xüsusi ot ilə  örtülür. Beləliklə, mumiya nəmin zərərli təsirindən, həmçinin həşərat və quşlardan qorunur.  Sonra insan mumiyası  budaqlardan düzəldilmiş xüsusi kresloya bərkidilir və dağlara aparılaraq digər mumiyaların yanına qoyulur. Anqu qəbiləsinin sakinləri  inanırlar  ki, ölülər dünyasına gedənlər diriləri yuxarıdan seyr edəcək və onları qoruyacaqlar.

Zamanla, açıq havada qalan  mumiyalar xarab  olduğu halda  mumiyanı  qızdırılan ağac şirəsindən hazırlanmış xüsusi yapışqanla bərpa edirlər.

Samirə Tağıyeva, “İki sahil”