"SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Mask tviterin rəhbəri vəzifəsindən gedib-getməməsi ilə bağlı hesabında sorğu keçirib.
“İki sahil” xəbər verir ki, sorğuda artıq 16 milyondan çox istifadəçi iştirak edib. Onların 50%-ndən çoxu milyarderin istefasını istəyib.
Sorğunun bitməsinə bir neçə saat vaxt qalıb.
Qeyd edək ki, Mask platformanı aldıqdan sonra işçiləri işdən çıxartması, mavi işarəyə görə, ödəniş tələb etməsi və bəzi şəxslərin (buraya keçmiş sevgilisi aktrisa Ember Hördün hesabı da daxildir) hesablarını silməsi tənqidlə qarşılanıb.