ABŞ və Avropa İttifaqı universitetlərindən olan alimlər müştərək tədqiqatlar nəticəsində orqanizmin cavanlaşmasına və ömrün uzanmasına səbəb olan qidaların siyahısını dərc etmişlər.
Badam
Badam qandakı pis xolestrol olan(LDL)-i 4 dəfə azaldır. Bunun üçün mütləq hər gün 30 qr badam yemək məsləhətdir.
Qəhvə
Gündə 2 fincan qəhvə,əsasən də orta yaşlardan sonra Parkinson və Tip-2 Diabetə qarşı bədəni qoruyurmuş.Qəhvədə olan kafein maddəsi diabetə tutulma riskini 35% azaldır.
Ancaq qəhvəni mütləq kalsiyum deposu olan südlə için ki,kafein sümüklərinizi zəiflətməsin.
Darçın
Qanda şəkərin miqdarını nizamlayır. Hər yeməkdən sonra içərisində darçın olan şirin bir şey yeyin. Əgər yeməkdən sonra şirin şey istəməsəniz,onda 1 çay qaşığı darçını suya qataraq için.
Darçın həm də sinir sistemini sakitəşdirir.
Kartof
Antioksidantlar içərisində ən zəngin qidalardan biridir.100 antioksidan arasında 17-ci yerdə gəlir. Ağciyər xərçəngi,diabet və infarkta qarşı qoruyucudur.
Ancaq kartofu qızartmaq yerinə qaynadıb və ya sobada bişirib yemək daha faydalıdır.
Zeytun yağı
Xərçəng riskini azaldır. Gündə 25 ml zeytun yağı istifadə edən insanların hüceyrələrinə zərər verən "8oxodG" adlı maddənin səviyyəsi azalırmış. Zeytun yağı, həmçinin yaxşı xolestrol olan (HDL) -nun artmasına təsir edərək ürəyi qoruyur.1 yemək qaşığı zeytun yağında 120 kalori vardır. Gündə 6 qaşıqdan çox zeytun yağı yemək məsləhət deyil.
Yaşıl və qara çay
İstər yaşıl,istərsə də qara çay xərçəng əleyhinə gözəl vasitədir. Qeyd edək ki, çayın qadınlarda uşaqlıq xərçənginin qarşısını alması məlumdur.
Samirə Tağıyeva “İki sahil”