SOCAR rəhbərliyi Türkiyəyə səfər edib.
“İki sahil” xəbər verir ki, bununla bağlı SOCAR-ın prezidenti Rövşən Nəcəf sosial şəbəkədə paylaşım edib.
Paylaşımda qeyd edilir: "Türkiyəyə səfər çərçivəsində Ankara şəhərində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət etdik, Ümummilli Liderimizin əziz xatirəsini dərin ehtiram və minnətdarlıqla yad etdik."