20 dekabr 2022 14:21
698

Mask “Twitter”ə yeni qayda gətirir

“Twitter”də sorğularda səsvermə mexanizmi dəyişə bilər.

“İki sahil” xəbər verir ki, bu barədə sosial şəbəkənin rəhbəri İlon Maskın rəsmi hesabında yazdıqlarından bəlli olub.

Belə ki, amerikalı biznesmen gələcəkdə sosial şəbəkə anketlərində səsvermədə yalnız “Blue” abunəsi olan istifadəçilərin iştirak edə biləcəklərini xəbər verib.

“Yaxşı fikirdir. “Twitter” bu dəyişikliyi edəcək”, - deyə sahibkar sosial şəbəkə siyasəti ilə bağlı sorğularda yalnız abunəsi olan insanlara iştirak etmək hüququ verilməli olduğunu deyən istifadəçinin şərhinə cavab yazıb.