21 dekabr 2022 17:00
735

2023-cü il bu ildən daha isti olacaq

Böyük Britaniyanın meteorologiya agentliyi olan Met Office qlobal hava istiliyini keçici olaraq aşağı salan "La Nina" hava hadisəsi təsirini azaltdığından 2023-cü ilin bu ildən daha isti olacağı barədə xəbərdarlıq edib.

Məlumat üçün bildirək ki, “La Nina” okean və atmosfer hadisəsidir.

Meteorologiya agentliyi gələn il temperaturun daha yüksək olacağını açıqlayıb. Temperatur rekordlarının 1850-ci ildə başlanmasından bu bu günə kimi ən isti il ​​"El Nino" adlı hava hadisəsinin qlobal temperaturu artırdığı 2016-cı il olub. Bununla belə, son 3 ildə dünyanın Sakit okeanda müşahidə edilən və orta səviyyədən daha soyuq dəniz temperaturunun qlobal temperaturu azaldacağı "La Nina" adlı başqa bir hava modelindən təsirləndiyini deyən ekspertlər bu təsirin artıq sona çatacağını bildiriblər.

 Mütəxəssislər “La Nina”nın təsirini itirməsinin Sakit okeanın bəzi hissələrində daha isti havalara səbəb olacağını və qlobal temperaturun 2022-ci ildən daha yüksək olmasına səbəb olacağını proqnozlaşdırıblar. 2023-cü ildə temperaturun bu ilin orta göstəricidən 1,08 ilə 1,32 dərəcə yuxarı olacağı təxmin edilib. Bu proqnoz reallaşarsa, gələn il tarixin ən yüksək temperaturlarından biri baş tutacaq. Həmçinin, 2023-cü il ardıcıl 10-cu il olacaq ki, qlobal temperatur orta səviyyədən ən azı 1 dərəcə yuxarı qeydə alınıb. Met Officenin uzunmüddətli proqnozlar rəhbəri,

 professor Adam Scaife deyib: “Qlobal temperaturun artması üçün “El Nino” olmasa, 2023-cü il rekord qıran il olmaya bilər, lakin qlobal istixana qazı emissiyalarının artımı sürətlə davam edir. Yəqin ki, gələn il bu baxımdan daha bir diqqətçəkən il olacaq.”

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Biomüxtəliflik Konfransında iştirak edən ölkələr 2030-cu ilə qədər planetin üçdə birini mühafizə etmək barədə razılığa gəliblər. Bu saziş biomüxtəlifliyin qorunması məqsədinə çatmaqda mühüm mərhələ hesab olunur.

Hədəflər həmçinin meşələri və bataqlıq ərazilər kimi həyati vacib ekosistemləri və yerli icmaların hüquqlarını qorumaq üçün müəyyən ediləcək. Kanadanın Monreal şəhərində keçirilən COP15 BMT-nin Biomüxtəliflik Sammitində Çin və Konqo Demokratik Respublikasının etirazlarına baxmayaraq razılaşmanın əldə edildiyini açıqlanıb.

Vüsal Cahanov, “İki sahil”