Peşəkar Santa Klaus (ABŞ və Böyük Britaniyada Şaxta Babanın ekvivalenti) işləyən kişi Entoni adlı yaramaz oğlandan yeni il hədiyyələrinin siyahısı ilə birlikdə rüşvət alıb.
“İki sahil” xəbər verir ki, bu barədə "The Mirror" məlumat yayıb.
Kişi deyib ki, altı yaşlı uşaq səbirlə onunla görüşmək üçün növbə gözləyib. Entoni Şaxta babanın yanına gələndə qucağına atılıb, almaq istədiyi hədiyyələrdən danışıb və məktubu uzadıb.
Kişi oğlandan bu il özünü yaxşı aparıb-yaxmadığını soruşub. Uşaq gülümsəyib, istək siyahısına işarə edib, davranışına görə "narahat olma" deyib və anasının yanına qayıdıb. Aktyor məktubu açıb. İçəridə hədiyyələrin siyahısı, beş dollarlıq əskinas və qeyd tapıb: "Əziz Santa, siyahımdakı hər şeyi mənə gətirdiyiniz üçün təşəkkür edirəm. Sevgilərlə, Entoni". "Uşaq mənə beş dollar rüşvət verdi. Mən şoka düşdüm və eyni zamanda təsirləndim. Mən onun nə etdiyini təsəvvür edə bilmirəm...", - aktyor öz emosiyalarını bölüşüb.