29 dekabr 2022 02:36
699

Arıqlamaq üçün nələrdən imtina etməli?

Arıqlamaq istəyən insanlar tez-tez mütəxəssislərə yeyərək necə arıqlamaq barədə suallar ünvanlayırlar.

Rusiyalı dietoloq Marina Makişanın dediyinə görə, əgər gündəlik kaloriləri 500 kalori azaltsanız, o zaman çəki itirmə sürəti həftədə orta hesabla 500-1000 q olacaq. Pəhrizdən nələr xaric edilməlidir:

Un

“Qara undan az miqdarda istifadə etmək olar, amma birinci dərəcəli undan hazırlanmış hər şeyi çıxarmaq daha yaxşıdır. Bunlar boş kalorilərdir, burada bizim orqanizmimiz üçün heç bir fayda yoxdur. Lakin bu, artıq kaloridir, əgər bədəninizə daxil olubsa və siz onu sərf etməmisinizsə dərhal yağ halında yığılır", -deyə ekspert vurğulayıb.

Unlu desertlər yüksək qlisemik indeksə malikdir, bu da qan şəkərinin səviyyəsini kəskin şəkildə artırır.

Duzlu məhsullar

"Alimlər müəyyən ediblər ki, duz iştahı artırır. Duz qidanı daha dadlı edir, ona görə də daha çox yeyirik", - deyə həkim bildirib.

Desert

"Beynimiz şirin dada çox parlaq reaksiya verir. Bu, sevinc və həzz duyğusuna səbəb olur. Və belə bir vəziyyətdə həddindən artıq yemək baş verir", - deyə həkim bildirib. Dietoloqun fikrincə, şəkərdən asılılıq vərdişlərimizlə sıx bağlıdır.

"Bizim şirniyyatdan istifadə ilə bağlı bir çox sosial rituallarımız var. Ad günü - tort, toy - tort, desertlə qəhvə içmək, ziyarətə gedərkən bir qutu şokolad aparmaq və s. Bu hallarda şirniyyatları qurudulmuş meyvələr, marmelad, zefirlə əvəz etməyə çalışın”, -deyə Makişa vurğulayıb.

Nubar Süleymanova, “İki sahil”