Müğənni Teylor Svift bu dəfə Oliviya Benson adlı pişiyinin sərvəti ilə diqqət çəkib.
“İki sahil” xəbər verir ki, "The Ultimate Pet Rich List"nin məlumatına görə, pişiyin sərvəti 97 milyon dollar qiymətləndirilir.
Bununla da şotland sallaqqulaq pişiyi cinsi olan canlı dünyanın üçüncü ən zəngin ev heyvanı olub. Məlumata görə, pişik sahibəsi ilə bir neçə klipdə və böyük büdcəli reklamlarda çəkilməklə bu var-dövlətə sahib olub.
Qeyd edək ki, ən zəngin ev heyvanları siyahısında birinci yeri alman iti VI Günter tutur. Onun sərvəti təxminən 500 milyon dollar qiymətləndirilir. İkinci sırada isə instaqram ulduzu, 100 milyon dollar sərvəti ilə Nala adlı pişik qərarlaşır.