17 yanvar 2023 10:21
712

“Azəriqaz”ın əməkdaşları Masallıda sahibkarlarla görüşəcək

“Azəriqaz”ın KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Masallı rayonunda görüşü təşkil olunacaq.

İstehsalat Birliyidən "İki sahil"ə verilən məlumata görə, görüş Heydər Əliyev Mərkəzində baş tutacaq. Səyyar qəbul otağı yanvarın 18-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq.

Təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.