21 yanvar 2023 16:14
1010

SOCAR-ın prezidenti: Davosda bir sıra aparıcı xarici şirkətlərin rəhbərləri ilə səmərəli görüşlər keçirdik

Azərbaycan Respublikası Prezidentinin Davos Dünya İqtisadi Forumunda iştirakı çərçivəsində bir sıra aparıcı xarici şirkətlərin rəhbərləri ilə səmərəli görüşlər keçirdik.

“İki sahil” xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövşən Nəcəf özünün "Facebook" səhifəsində yazıb.

Rövşən Nəcəf qeyd edib: “Azərbaycan Respublikası Prezidentinin Davos Dünya İqtisadi Forumunda iştirakı çərçivəsində bir sıra aparıcı xarici şirkətlərin rəhbərləri ilə səmərəli görüşlər keçirdik. Neft-qaz, neft-kimya, bərpa olunan enerji və digər müxtəlif mövzular ətrafında fikir mübadiləsi apardıq, mövcud və perspektiv əməkdaşlıq imkanlarını müzakirə etdik.”