25 yanvar 2023 17:19
917

SOCAR və IFC karbon emissiyasının azaldılmasını müzakirə edib FOTO

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında enerji keçidi, karbon emissiyasının azaldılması istiqamətlərində əməkdaşlıq imkanları müzakirə edilib.

“İki sahil” SOCAR-a istinadla xəbər verir ki, bununla bağlı müzakirələr bu gün SOCAR prezidenti Rövşən Nəcəfin İFC-nin Avropa üzrə regional direktoru Rana Karadşeh ilə keçirilən görüşdə aparılıb.

Görüşdə ötən illər ərzində IFC ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin uğurlu inkişafından məmnunluq ifadə edilib, müxtəlif sahələrdə, o cümlədən maliyyə xidmətləri, infrastruktur və istehsal sahələrində həyata keçirilən birgə layihələrin əhəmiyyəti vurğulanıb.

Həmçinin SOCAR ilə IFC arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.