27 yanvar 2023 13:45
279

Rusiya və Belarus idmançıları bu yarışa da buraxılmayacaqlar

Avropa Olimpiya Komitəsi (EOC) Rusiya və Belarus idmançılarının 2023-cü il Avropa Oyunlarına buraxılmayacağını açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu haqda qurumun rəsmi saytında yayılan açıqlamada bildirilib. Bu qərar Ukrayna ilə həmrəyliyin nümayiş etdirilməsi məqsədilə verilib.

Qeyd edək ki, üçüncü Avropa Oyunları iyunun 9-25-i tarixində Polşanın Krakov şəhərində keçiriləcək.