27 yanvar 2023 14:59
307

Rusiya zeytun yağı qıtlığı səbəbindən Azərbaycandan idxalı artırıb

Rusiyada zeytun yağına yaranan qıtlığa görə Azərbaycandan bu məhsulun idxalı artıb.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiyanın "Henry MR." MMC-nin direktoru Tatyana Tkaçenko Bakıda keçirilən Milli İxracatçılar və İdxalçılar Forumunda deyib.

Onun sözlərinə görə, ötən ilin 24 fevral (Rusiya-Ukrayna müharibəsinin başlanması ilə) tarixindən sonra ölkəyə bir çox sahələrin məhsullarında idxal problemləri yaşanıb: "Onlardan biri də zeytun yağı olub".

T.Tkaçenko vurğulayıb ki, Azərbaycandan zeytun yağının idxalında problem yoxdur: "Amma Qazaxıstandan və hətta Belarusdan belə hərdən çətinlik yaranır".