03 fevral 2023 12:39
246

"Azərişıq": Xankəndi elektriklə Ermənistandan təmin olunur

Hazırda Xankəndi istiqamətində “Azərişıq” tərəfindən hər hansı elektrik təminatı yoxdur.

“İki sahil” xəbər verir ki,  bunu “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə qurumun 2022-ci ilə dair hesabat xarakterli mətbuat konfransında çıxışı zamanı bildirib.

“Azərbaycanın istənilən ərazisinin kommunal xidmətlərlə təmin edilməsinə qadirik. Lakin hazırda Xankəndi Ermənistandan gələn elektrik xətti vasitəsilə qidalanır”, - deyə Araz Məmmədov vurğulayıb.