“Şəhərsalma və Memarlıq ili” çərçivəsində “12 Avqust - Beynəlxalq Gənclər Günü” münasibətilə “Zəfərdən Qayıdışa” layihəsi çərçivəsində Lənkəran-Astara region gəncləri Qarabağa səfər ediblər .
Səfər çərçivəsində cənublu gənclər əvvəlcə Füzuli şəhərinə baş çəkiblər. Burada qəhrəman Vətən övladların qanı bahasına işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, müasir şəhər infrastrukturu və “Böyük Qayıdışa dair l Dövlət Proqramı” nın icrası ilə əlaqədar görülən işlərlə yaxından tanış olublar. Füzulidə quruculuq prosesinin canlı şahidi olan gənclər şəhərin qısa müddətdə müasir, rahat yaşayış məkanına çevrilməsi istiqamətində atılan addımları yaxından görüb, ölkəmizin hazırda dinamik inkişafından qürur hissi keçiriblər.
Səfərin növbəti ünvanı isə Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın incisi Şuşa şəhəri olub. Onlar Şuşanın əsrarəngiz təbiəti, eləcə tarixi-mədəni irsi ilə tanış olaraq şəhərin mühüm məkanlarını ziyarət ediblər.
Səfər zamanı İsa bulağında olan gənclər Şuşanın zəngin təbiətinin qoynunda bu tarixi məkanın özünəməxsus atmosferini yaşayıblar. Həmçinin Yuxarı Gövhərağa məscidini ziyarət edən gənclər Şuşanın zəngin dini-memarlıq irsindən ətraflı məlumat alıblar.
Yadda qalan səfər gənclər üçün həm Zəfər tariximizin, həm də işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən Böyük Qayıdış və quruculuq prosesinin canlı mənzərəsini görmək baxımından xüsusi əhəmiyyət daşıyıb.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
“Məişət zorakılığının qarşısının alınması və mühafizə orderinin tətbiqi mexanizmləri” mövzusunda maarifləndirici tədbir keçirilib
Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub
Dünyanın daha çox kosmosa ehtiyacı var: Azərbaycan üçün bu çağırış nə deməkdir?
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Samux rayonunda vətəndaşlarla görüşüb