03 fevral 2023 12:43
370

Şarl Mişel Kiyevdədir

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Kiyevə gedib.

“İki sahil” xəbər verir ki,  bu barədə Aİ Şurasının Prezidenti "Twitter"də bildirib.

"Bizim qətiyyətimizdə heç bir geriləmə olmayacaq. Biz həmçinin Aİ-yə inteqrasiya yolunuzda sizə hər addımda dəstək olacağıq", Mişel bildirib.

Qeyd edək ki, bu gün Kiyevdə Aİ-Ukrayna sammiti keçiriləcək. Şarl Mişellə yanaşı Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell də Kiyevdədir. Onlar fevralın 2-də Ukraynaya gəlib.