21 iyul 2026 20:22
143

Tramp: Onlar konstruktiv görüş keçirməyə hazır olana qədər...

ABŞ Yaxın Şərq münaqişəsinin nizamlanması üzrə İran rəsmiləri ilə danışıqların bərpasında məna görmür.

“İki sahil” xəbər verir ki, bunu ölkə Prezidenti Donald Tramp Ağ Evdə livanlı həmkarı Cozef Aunla görüşündə bəyan edib.

"Onlar konstruktiv görüş keçirməyə hazır olana qədər biz bunda maraqlı deyilik", - Tramp qeyd edib.

O, həmçinin bildirib ki, Birləşmiş Ştatlar İranla qarşıdurmada uğur qazanıb, lakin münaqişəni dayandırmaq və yaxın vaxtlarda qüvvələrini çıxarmaq niyyətində deyil.

"Biz sabah geri çəkilmirik... bunun tam başa çatmasına hələ çox var", - ABŞ Prezidenti vurğulayıb.