İtaliya Azərbaycandan qaz idxalının artırılmasında maraqlıdır.
“İki sahil” xəbər verir ki, bu barədə İtaliya Respublikasının ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto Fratini fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilərkən bildirib.
Cilberto Piketto Fratin yaxın gələcəkdə TAP layihəsinin ötürücülük qabiliyyətinin artırılmasının əhəmiyyətini qeyd edib.
Qonaq Azərbaycanın böyük bərpaolunan enerji potensialına malik olduğunu deyərək İtaliya şirkətlərinin gələcəkdə bu sahədə də ölkəmizlə əməkdaşlıq etmək niyyətində olduqlarını diqqətə çatdırıb.
Ceyhun Bayramov Hakan Fidanla regiondakı təhlükəsizlik vəziyyəti müzakirə ediblər
Prezident İlham Əliyev Ağdərə rayonunda Xüsusi Əməliyyat Mərkəzinin təməlini qoyub