03 fevral 2023 16:43
332

Türkiyəni necə qarışdırmaq istədiyiniz dəqiq bilirəm - Soylu/VİDEO

“ABŞ səfirliyi Avropanı idarə edir”.

“İki sahil” Türkiyə mediasına istinadla xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

Onun sözlərinə görə, Türkiyəyə gələn hər bir amerikalı səfir ölkəyə necə zərər vura biləcəyi barədə düşünür: “Bu, uzun illərdir Türkiyənin ən böyük bədbəxtliklərindən biri olub. ABŞ səfiri digər səfirləri toplayır və onlara məsləhət verməyə çalışır. Onlar eyni şeyi Avropada da edirlər, ABŞ səfirliyi Avropanı idarə edir. Onlar Türkiyəni yenidən qura biləcəklərini zənn edirdilər, amma bir şəxs bu oyunları pozdu. O, isə Rəcəb Tayyib Ərdoğandır. Nə etdiyinizi, Türkiyəni necə qarışdırmaq istədiyiniz dəqiq bilirəm. Çirkli əllərinizi Türkiyənin üzərindən çəkin”.

Qeyd edək ki, yanvarın 30-u ABŞ səfirliyi öz vətəndaşlarını İstanbulda terror təhlükəsi barədə xəbərdarlıq edib. Bunun ardınca, Böyük Britaniya, Fransa, Niderland, İsveçrə, Almaniya və İsveç İstanbuldakı konsulluqlarını bağlayıb. Türkiyə XİN isə öz növbəsində buna cavab olaraq həmin ölkələrin səfirlərini Nazirliyə çağırıb.