03 fevral 2023 20:12
738

YAP Daşkəsən rayon təşkilatı “Heydər Əliyev İli” ilə bağlı tədbirlər keçirib

Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatı “Heydər Əliyev İli” ilə bağlı tədbirləri davam etdirir.

YAP Daşkəsən rayon təşkilatının tədbirlər planına uyğun olaraq Quşçu qəsəbə, Quşçu körpü qəsəbə, Daşkəsən Peşə məktəbi, Mədənçilər qəsəbə, Təzəkənd və Pirverdilər ərazi partiya təşkilatlarında “Heydər Əliyev İli” ilə bağlı yığıncaqlar keçirilib.

Ümummilli Liderin və torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olan əsgərlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlərdə YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev və Aparatın məsul işçiləri iştirak ediblər.

Çıxış edənlər Azərbaycan xalqının ümummilli lideri – dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xalqımızın yaddaşında daim müdrik lider, ideoloq, müasir müstəqil Azərbaycanın qurucusu kimi yaşayacağını bildiriblər. Onlar Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd ediblər. Nəticədə Azərbaycanın güclü xalq-dövlət birliyi olan firavan dövlətdən Zəfər qazanan, torpaqlarını işğaldan azad edən mühüm geostrateji mövqeyə malik bir ölkəyə çevrildiyini vurğulayıblar.

Yekunda bir qrup partiya fəalına YAP Daşkəsən rayon təşkilatının Fəxri Fərmanları təqdim olunub.

Cavid Əkbərov, «İki sahil»