04 fevral 2023 08:49
267

“Instagram” “Twitter” funksiyası əldə edir

“Instagram” sosial şəbəkəyə ödənişli istifadəçi təsdiqi mexanizminin inteqrasiyası üzərində işləyir.

“İki sahil” xəbər verir ki, tətbiqin kodunda “Instagram” komandasının yeni məhsula abunə olan sosial şəbəkənin premium istifadəçilərini əhatə edəcək “ödənişli mavi işarələr” tətbiq etmək istədiyinə dair qeydlər tapılıb. Çox güman ki, bu yeni məhsul “Twitter Blue” kimi bir növ ödənişli abunə olacaq.

Məlumata görə, “Instagram” premium istifadəçilərini müəyyən etmək üçün istifadə olunacaq etiketin kod adı “Blue Badge”dır.

Bildirlir ki, oxşar yenilik “Meta” korporasiyasının digər xidmətləri üçün də nəzərdən keçirilir.