04 fevral 2023 22:40
312

"Sabah" futbolçusunu icarəyə verdi

“Sabah”ın braziliyalı müdafiəçisi Hiqor Qabrieli icarəyə verib.

“İki sahil” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.  Braziliyalı futbolçu karyerasını Ukraynanın “Lvov” klubunda davam etdirəcək. İcarə müqaviləsinin müddəti 2023-cü il, iyunun 30-na kimidir.

Qeyd edək ki, Qabriel ötən ilin fevral ayından “Sabah”ın üzvüdür. O, cari mövsümün ilk yarısında Belarusun “Dinamo” (Minsk) komandasında icarə əsasında çıxış edib.