Havaların kəskin soyuması ilə bağlı təbii qazın qəbulu artır və bunun çərçivəsində istehlakçıların etibarlı və təhlükəsiz “mavi yanacaq”la təmin olunması həyata keçirilir.
“İki sahil” xəbər verir ki, bu barədə "Azəriqaz" İB-nin Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin rəisi Rasim Məmmədov "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu ilin 9 fevral tarixində 42 mln. 271 min. kubmetr qaz qəbul edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 mln. 170 min. kubmetr çoxdur.
Rasim Məmmədov onu da əlavə edib ki, qaz qəbulu üzrə bu ilin ən maksimal göstəricisi yanvarın 11-də qeydə alınıb və 46 mln. 567 min kubmetr təşkil edib.