Rusiya millisinin sabiq üzvü Yuri Jirkov karyerasını başa vurub.
“İki sahil” xəbər verir ki, bu barədə 39 yaşlı yarımmüdafiəçi özü yerli mətbuata açıqlama verib.
Tambov “Spartak”ının yetirməsi Moskva “Spartak”ı, SSKA, “Anji”, Moskva “Dinamo”su,“Zenit” və "Çelsi"də çıxış edib.
O, Rusiya millisində 104 matçda 2 qol vurub. Beşqat Rusiya çempionu olan Jirkov, 6 dəfə ölkə kubokunu və Superkubokunu qazanıb.