Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) sahə üzrə əlavə vendorların cəlb olunması məqsədilə bazar iştirakçılarını ixtisaslaşdıqları sahələr üzrə SOCAR-da mütəmadi olaraq, keçirilən pre-kvalifikasiya prosedurlarına cəlb olunmaq üçün müraciət etməyə dəvət edir.
Məlumat üçün bildirilir ki, SOCAR satınalmalarında daim rəqabətin yüksəldilməsi və SOCAR üçün səmərəli dəyərin əldə edilməsi məqsədilə satınalma prosedurlarında daha çox malgöndərənin (podartçının) iştirakında maraqlıdır və bu səbəblə də satınalma funksiyaları tərəfindən SOCAR-da sahələr üzrə əlavə vendorların cəlb olunması ilə bağlı pre-kvalifikasiya prosedurları mütəmadi olaraq aparılır. Odur ki, SOCAR-ın vendoru olmaq üçün pre-kvalifikasiya prosedurlarına müraciətlər istənilən vaxt edilə bilər.
Pre-kvlaifikasiya müraciətlərinin asan idarə olunmasının təşkili üçün SOCAR-ın rəsmi internet səhifəsində xüsusi elektron alətlər təsis edilmişdir. Burada SOCAR-ın vendor sahələri, kateqoriyalar, sub-kateqoriyalarla yanaşı müraciət formaları və ünvanları, təlimatlar, digər dəstəkləyici materiallar yerləşdirilmişdir.
Maraqlanan potensial malgöndərənlər (podartçılar) pre-kvalifikasiya prosedurlarının təşkili və idarə olunması barədə normativ sənədlərə və müraciətlərin edilməsi ilə bağlı bölməyə aşağıda göstərilmiş internet linklərindən keçid edə bilər:
https://socar.az/az/page/vendor-muracieti
https://socar.az/az/page/satinalma-standartlar
Elan və ya pre-kvalifikasiya prosedurlarına müraciətlə bağlı suallarınız yaranacağı təqdirdə aşağıdakı əlaqələndirici şəxsə müraciət edə bilərsiz:
Gülsüm Axundova
E-mail - [email protected]
Telefon – +99412 521 00 00 (daxili 10259)