Azərbaycan Texniki Universitetində “YENİ Klub” təsis edilib
Martın 17-də Azərbaycan Texniki Universitetində (AzTU) “YENİ Klub”un təsis toplantısı keçirilib.
“İki sahil” xəbər verir ki, Azərbaycan Texniki Universitetinin foyesində müasir Azərbaycanın banisi, ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub.
Tədbirdən öncə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Təsis toplantısını giriş nitqi ilə açan Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev ali təhsil müəssisəsində tələbələrin aktivliyini və onların şəxsi inkişafını dəstəkləyən klubun formalaşdırılmasının mühüm əhəmiyyətə malik olduğunu bildirib. O, “YENİ Klub”un önəmli təşəbbüslər irəli sürərək faydalı layihələr reallaşdıracağına inamını ifadə edib və uğurlar arzulayıb.
Daha sonra AzTU-nun nəzdində formalaşdırılan “YENİ Klub”un rəhbəri Namiq Mustafazadə, koordinatorlar Akif Cəfərzadə, İlahə Əzizova, Leyla Əmiraslanlı, Atabəy Rəşidli təqdimatla çıxış ediblər.
Klub haqqında ətraflı məlumat verən gənclər qeyd ediblər ki, ali təhsil müəssisəsi daxilindəki klub təşkilatlar ilə birgə fəaliyyət həyata keçirəcək, yarışlar, müsabiqələr, layihələr, təlimlər, xarici dillərdə tədbirlər təşkil edəcək.
Ali təhsil müəssisələrinin nəzdində “YENİ Klub”ların formalaşdırılmasının əhəmiyyətindən bəhs edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov qeyd edib ki, klublar tələbələrin şəxsi inkişafını dəstəkləməklə bərabər, onların cəmiyyətdə təşəbbüskar rolunun artırılmasında da mühüm rol oynayacaq.
“YENİ Klub”ların tələbələrin həyatlarına yeni rəng qatacağını bildirən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bu təşəbbüsün geniş miqyasda gəncləri əhatə edəcəyini və ali təhsil müəssisələrində fəaliyyət göstərən digər tələbə təsisatlarına nümunə olacağını diqqətə çatdırdı.
Qeyd edək ki, YAP Gənclər Birliyinin təşəbbüsü ilə formalaşdırılan “YENİ Klub”ların məqsədi ali təhsil müəssisələrində tələbələrin iştirakı ilə ictimai-sosial, vətənpərvərlik, fərdi inkişaf, idman və bir sıra digər istiqamətlərdə müxtəlif təşəbbüslərin həyata keçirilməsi, çoxşaxəli layihələrin reallaşdırılmasıdır.
Sonda xatirə fotosu çəkdirilib.
Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır
Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi inklüziv inkişafa xidmət edir
Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə inkişaf edib
Sahibə Qafarova: Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır
Vüqar Rəhimzadə: Tibb işçilərinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib