18 mart 2023 20:32
482

Tarixi Zəfərimizdən sonra üçünçü ildir ki, Novruz tonqallarını doğma Qarabağda qalayırıq

Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belədə olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm
Ulu Öndər HeydərƏliyev

Ulu öndər Heydər Əliyev vaxtilə torpaqlarımız işğal altında olan zaman söylədiyi bu fikirlər artıq həyata keçib. Biz Novruz bayramını Kəlbəcərdə, Laçında, Ağdam, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubablıda qeyd edirik. Ata vəsiyyətini  Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev reallaşdırdı.Ali Baş Komandanın rəhbərliyi və müzəffər ordumuzun şücaəti ilə qazanılan  tarixi Zəfərimizdən sonra üçünçü ildir ki, Novruz tonqallarını doğma Qarabağ diyarında qalayırıq.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramının UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınması Azərbaycan mədəniyyətinin tarixində mühüm hadisələrdən biridir. Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti sayəsində xalqmızın milli bayramı olan Novruzun beynəlxalq müstəvidə tanıdılması üçün həyata keçirilən bu işlər Azərbaycan mədəniyyəti tarixində mühüm hadisə hesab edilməlidir.

Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. 21 mart 2000-ci il tarixində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən Ulu Öndər Heydər Əliyev öz çıxışında demişdir: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır.” Bu gün müasir Azərbaycan dövlətinin milli quruculuq siyasətində mühüm rol oynayan Novruz bayramı artıq bütün dünyada Azərbaycan xalqının mühüm milli simvollarından birinə çevrilib. Novruz Azərbaycan xalqının müqəddəs bayramıdır.

Nərmin Əhmədova,
Bakı şəhəri, Xətai rayonu, 116 saylı məktəbin ingilis dili müəllimi,
YAP Xətai rayon təşkilatının fəalı