19 mart 2023 00:24
342

Ronaldo qol vurdu, "Əl-Nəsr" qalib gəldi

"Əl-Nəsr"un futbolçusu Kriştiano Ronaldo klubunda növbəti qolunu vurub.

“İki sahil” xəbər verir ki, o, Səudiyyə Ərəbistanı çempionatının 21-ci turunda "Əbha"ya 2:1 hesabı ilə qalib gəldikləri matçda fərqlənib.  38 yaşlı hücumçu 79-cu dəqiqədə komandasının qələbə qolunun müəllifi olub. Beləliklə, Ronaldonun üç matçlıq qolsuzluq seriyasını qırılıb.

"Əl-Nəsr" - "Abha" - 2:1
Qollar: Adam, 26 (0:1), Ronaldo, 78 (1:1), Taliska, 86-pen. (2:1) 

Qeyd edək ki, "Əl-Nəsr" ölkə çempionatında 49 xalla 2-cidir. Komanda lider "Əl-İttihad"dan 1 xal geri qalır.