21 mart 2023 20:15
340

Roy Hocson geri qayıdıb?

İngiltərənin “Kristal Pelas” futbol klubu sabiq baş məşqçisi Roy Hocsonu geri qaytarıb.

“İki sahil” xəbər verir ki, mütəxəssislə mövsümün sonunadək müqavilə imzalanıb. O, son olaraq “Uotford”u çalışdırmışdı.

R.Hocson 2017-2021-ci illərdə də London komandasına rəhbərlik edib.

Qeyd edək ki, komanda 27 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 12-ci pillədə qərarlaşıb.