23 mart 2023 11:17
938

Oqtay Əliyevin dəfn ediləcəyi yer dəyişdirilib - YENİLƏNİB

Azərbaycanın Əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyevin dəfn yeri dəyişdirilib.

“İki sahil” xəbər verir ki, onun həyat yoldaşı Dilarə Əliyevanın istəyi ilə mərhum "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq. O, Əməkdar artist Tünzalə Əliyevanın qəbrinə yaxın ərazidə torpağa tapşırılacaq.

Qeyd edək ki, ötən gün mərhumun yaxınları O.Əliyevin Mehdiabad qəbiristanlığında, babasının yanında dəfn olunacağını bildirmişdi.

***

Əməkdar mədəniyyət işçisi, "SOY Production"un baş direktoru, prodüser Oqtay Əliyev bu gün Mehdiabad qəbiristanlığında torpağa tapşırılacaq.

“İki sahil” xəbər verir ki, bu barədə O.Əliyevin yaxınları məlumat verib.

Xatırladaq ki, O.Əliyev ötən gün yol qəzasında dünyasını dəyişib.

Hadisə Saray qəsəbəsi ərazisində 2-ci Kənar Dairəvi Yolun başlanğıcında baş verib.

"SOY Production"un baş direktoru O.Əliyev, həyat yoldaşı Dilarə Əliyeva və Mehriban Zəkinin olduğu avtomobil aşıb. O.Əliyev hadisə yerində dünyasını dəyişib, D.Əliyeva və M.Zəki xəstəxanaya yerləşdirilib.