Bu gün Polşanın Krakov şəhərində start götürəcək batut gimnastikası və tamblinq üzə 10-cu Vavel beynəlxalq turnirinə qatılacaq Azərbaycan idmançıları bəlli olub.
Federasiyadan “İki sahil”ə verilən məlumata görə, yarışda ölkəni milli komandanın 10 üzvü təmsil edəcək.
Tamblinq növündə Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Fərhad Mustafayev, batut gimnastikasında isə Ammar Baxşaliyev, İbrahim Mustafazadə, Əli Niftəliyev və Nicat Mirzəyev qüvvəsini sınayacaq.
Qeyd edək ki, turnirə aprelin 4-də yekun vurulacaq.
Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Bratislavada Olimpiya Təlim Düşərgəsinə qatılıblar
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB