KÖŞƏ

Vəli İlyasov

İsrail dostumuzdur, bəs İran?

30 mart 2023 23:02
1842

İki ildir ki, siçan-pişik oyunu oynayan mollalar İsrail-Azərbaycan münasibətlərindən bərk qorxuya düşüblər. Sionizmin dədə-babası özləri olduğu halda öz adlarını başqalarına qoyurlar. Ədalət, azadlıq, insan hüquqları tələb edən hər kəs əqidələri kif atmış cahillər tərəfindən sionist adlandırılır. Özlərini meymunluğa qoymaqda “yazıq” və “əzabkeş” erməni qardaşları kimi mahirdirlər. Cilddən-cildə girmək bunların əlində suiçimi qədər asandır, ara qarışdırmaq isə ənənəvi peşələridir.

İrana görə kiminləsə isti münasibəti pozmaq əlbəttə, yersiz olardı. İran bizə hansı dost, qardaş münasibəti saxlayıb ki, biz də ona qarşı xoş münasibət göstərək? İki yüz ildir ki, Azərbaycanın böyük bir hissəsini, 40 milyonluq xalqı əsarətdə saxlayıb digər tərəfə gözlərini bərəldənlər hansı sayğıya və ya hörmətə layiq ola bilərlər? Hansı yamanlıq qalıb ki, bizə etməsinlər? Hansı üzlə təhdid formasında Azərbaycanın İsraillə dostluğunu yasaq etməyə çalışırlar?

Əslində layiq olduqları qiyməti indi alırlar. Olub-keçən hər şeydən sonra kimin dost, kimin isə maskalanmış düşmən olduğu gün kimi aydındır. İkinci Qarabağ müharibəsində İran mollalarının əlacı olsaydı gəlib Ermənistan tərəfdən bizə qarşı döyüşərdilər. Bunu etməsələr də, üzdə "qardaş" deyib arxada buna bənzər xəyanətlər törətməyi unutmadılar. Düşmənimizə döyüşçü də göndərdilər, silah da verdilər, hər cür yardım da etdilər. Riyakarlıqla "Azərbaycan bizim gözümüzün nurudur" deyirlər. Yalançının gözü çıxsın! Ancaq İsrail bizə dost deyib dost kimi də hərəkət etdi. Həm döyüş meydanında, həm də beynəlxalq aləmdə.

İsraildə İranın hansı yuvanın quşu olduğunu yaxşı bilirlər. Görün bu ölkənin xarici işlər naziri Eli Kohen bu barədə nə deyir:  "İran öz qonşularını hədələyir. Bu, hətta yaxın qonşular, həmçinin Səudiyyə Ərəbistanı da ola bilər. Biz Səudiyyə Ərəbistanına hücumu xatırlayırıq. İran xərçəng şişi kimidir. İran hansı ölkəyə müdaxilə edirsə oranı dağıdır. Baxın, Livanda nə baş verir. Bu, Hizbullah vasitəsilə edilir. Görün İran Suriyanı necə dağıtdı, Yəməndə, İraqda nələr törətdi. İran dünyada terroru maliyyələşdirən bir nömrəli ölkədir". Nazirin sözlərinə diqqət etdinizmi? İranın dağıtdığı ölkələrin hamısı müsəlman ölkələridir. Bəyəm İslam belə buyurur, din qardaşlarını qır deyir? Belə görünür ki, bunlar İslam dininin ən qatı düşmənləridir.

Xatırladaq ki, İsrail Azərbaycandakı səfirliyini 30 il bundan əvvəl açıb.

Belə olan halda Azərbaycan İsraildə niyə səfirlik açmamalıdır? Azərbaycanın İsraildə səfirliyinin açılmasını şərtləndirən amillərdən biri də məhz iki ölkə arasında gündən-günə genişlənən əməkdaşlıqdır. İsraildən aldığımız hərbi texnikanın İkinci Qarabağ müharibəsindəki uğurumuzda payı az deyil. İsrail Azərbaycanla əməkdaşlığı təhlükə altına atmamaq üçün düşmənimiz Ermənistana hərbi texnika satmadı. Halbuki, İrəvanın İsraildən silah almaq kimi cəhdləri olmuşdu. Hazırda ölkələrimiz arasında hərbi-texniki sahədə əməkdaşlıq o həddə çatıb ki, İsrail şirkətinin dəstəyi ilə bu günlərdə Bakıda kibertəhlükəsizlik mərkəzi açılıb. Bundan başqa, Azərbaycan illərdir ki, Ceyhan limanı vasitəsi ilə İsrailə neft satır. Bu, İsrailin neftə olan tələbatının təxminən 30 faizdən çoxunu təşkil edir. Dediyimiz kimi, İsrail bütün beynəlxalq tədbirlərdə Azərbaycanın mövqeyini qətiyyətlə müdafiə edir, qardaşlıq köməyini əsirgəmir. Ona görə də, bütün bunlardan sonra Azərbaycanın İsraildə səfirliyinin açılmasını yubatmaq olmazdı,  dövlətimiz çox haqlı olaraq bu addımı atdı.

Bundan xeyli əvvəl Tehranın fars-molla rejimi  Ermənistanın Qafan rayonu ərazisində nümayəndəlik açıb. Etiraz etmədik. Əslində, bu, Azərbaycana təhdidin bir növü, fars-erməni qardaşlığının təzahürü idi. Olsun, bu, bizi heç də qorxutmur. Çünki Azərbaycan güclü hərbi potensiala malikdir. Bundan da əlavə dostları çoxdur və hamısı da etibarlıdır. Arvadlarını yadlara keçi qiymətinə satan ermənilər isə şübhəsiz ki, zamanı gələndə farsları da satacaqlar. Çünki onlar üçün bu dünyada müqəddəs heç nə yoxdur. Erməniləri yaxşı tanıyan Adolf Hitler onlar barədə belə deyib: "Üç dəfə satan dördüncü dəfə də satar."