Naxçıvanda qanunsuz qum daşınmasının qarşısı alınıb.
“İki sahil” xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum daşınmasının qarşısının alınması və aşkarlanması istiqamətində polis əməkdaşları tərəfindən nəzarət tədbirləri görülür.
Sədərək Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə tədbir təşkil edilib.
Qanun pozuntusuna yol verən şəxslər və 5 ədəd qumla yüklənən maşın müəyyən olunub. Əməli törədən rayon sakinləri məsuliyyətə cəlb ediliblər.
Araşdırmalar davam etdirilir.
Masallıda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış üç qəhrəman şəhidin doğum günü ehtiramla qeyd olundu
YAP Qaradağ rayon təşkilatında ərazi partiya təşkilatlarının rəhbərləri ilə görüş keçirilib