30 mart 2023 19:19
249

Bu ölkədə fövqəladə vəziyyət daha 60 gün uzadılıb

Moldova parlamenti hökumətin ölkədə fövqəladə vəziyyətin 60 gün müddətinə uzadılması ilə bağlı təklifini qəbul edib.

“İki sahil” xəbər verir ki, qərar parlamentin təklifi müzakirə etməsindən sonra qəbul edilib.

Fövqəladə vəziyyətin uzadılmasının səbəbi kimi Ukraynadakı müharibə, qaz və elektrik enerjisi çatışmazlığı ilə bağlı enerji böhranı, həmçinin hibrid müharibəyə qarşı mübarizə göstərilib.