30 mart 2023 22:23
244

ABŞ Belarusa nüvə silahının verilməsini müşahidə etmir - Con Kirbi

ABŞ Belarusa nüvə silahının verilməsini müşahidə etmir.

“İki sahil” xəbər verir ki,  bu barədə Ağ Evin sözçüsü Con Kirbi bildirib.

Rusiya prezidenti Vladimir Putin iyulun 1-dək Belarus ərazisində taktiki nüvə silahları üçün anbar tikiləcəyini bildirib.

Kirbinin sözlərinə görə, ABŞ Rusiya prezidentinin bütün bunları edəcəyini göstərən heç bir işarə görmür.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Moskva NATO-nun Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək planları ilə bağlı vəziyyətin ciddiliyini adekvat qiymətləndirəcəyinə ümid edir.