01 aprel 2023 10:45
265

Azərbaycanın MMA döyüşçüsü 20 saniyəyə nokautla qalib gəlib

Azərbaycanın MMA döyüşçüsü Mehman Məmmədov Yaponiyanın Osaka şəhərində keçirilən "Rizin 41" turnirində qələbə qazanıb.

“İki sahil” xəbər verir ki, o, yerli idmançı Yusaku Nakamura ilə qarşılaşıb.

Məmmədov rəqibinə cəmi 20 saniyəyə nokautla qalib gəlib.

Döyüşçü açıqlamasında ona yenidən şans verdiyi üçün Rizin təşkilatına təşəkkür edib: "Daha yaxşı mübarizə apararaq burada qalmaq istəyirəm. Bu, tək mənim yox, bütün Azərbaycanın qələbəsidir".

Qeyd edək ki, bu gün Vüqar Kərəmov "Rizin 41"də yaponiyalı Yoşinori Horie ilə üz-üzə gələcək.