Sankt-Peterburq sakini internetdə ətçəkən maşın sifariş edib. Lakin ona güllələrilə birgə döyüş tapançası göndərilib.
“İki sahil” xəbər verir ki, müştəri əvvəlcə bunun bir növ aprel zarafatı olduğunu düşünüb. Amma sonra qadın məsələnin ciddi olduğunu anlayıb. Evdə iki uşağın olduğunu nəzərə alan xanım polisə zəng edib.
Zabitlər bunun “Makarov” tapançası olduğu qənaətinə gəliblər. Silah axtarışda olanlar siyahısında tapılmayıb.
Hazırda polis məhsulu səhv salan satıcını axtarır.
Kallas: İran rejiminin ballistik raket və nüvə proqramları qlobal təhlükəsizlik üçün ciddi təhdid yaradır
Almaniya hökuməti İsrailin İrana hərbi hücumları barədə əvvəlcədən məlumatlandırılıb