Almaniyadakı “Son Nəsil” hərəkatının üzvləri ölkə paytaxtında silsilə etiraz aksiyalarına başlayıblar.
“İki sahil” xəbər verir ki, aksiyalar zamanı iştirakçılar kiçik qruplar şəklində müxtəlif pankartlarla küçələrə çıxaraq yolları bağlayıblar. Bir neçə ərazidə isə fəallar özlərini asfalta yapışdırıblar.
Bildirilir ki, ekoloji fəallar Berlində təxminən 30 müxtəlif yerdə nəqliyyatın hərəkətini dayandırmağa cəhd ediblər. Nümayişçilər bu yolla Almaniya hakimiyyətinin iqlim dəyişikliyi ilə mübarizə aparmaq istəməməsinə öz etirazlarını bildiriblər.
Finlandiya Rusiya ilə sərhədin bağlanması müddətini 2028-ci ilin sonunadək uzadıb