03 sentyabr 2026 17:07
54

Bu yay Fransada bütün müşahidə tarixi ərzində ən istisi olub

İsti dalğaları, quraqlıq və irimiqyaslı meşə yanğınları ilə yadda qalan 2026-cı ilin yayı Fransa tarixində müşahidə olunan ən isti yay olub.

“İki sahil” xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti respublikanın ekoloji keçid naziri Monik Barbyuya istinadla məlumat yayıb.

"Biz 1900-cü ildə bu tür statistikanın aparılmasına başlanılandan bəri ən isti yayı yaşadıq", - deyə, o, qeyd edib. 

İdarə rəhbərinin fikrincə, bu mövsümün tarixdə "rekordlar seriyasının ilki" kimi yox, istixana qazları tullantılarının azaldılmasının vacibliyini anlamağa imkan verən dövr kimi qalması vacibdir.

İyul ayından bəri Fransanın yaşadığı kəskin isti dövrü meteoroloji müşahidələr tarixində ən uzunmüddətli dövrdən biri — ardıcıl 23 gün olub. Analoji uzunmüddətli dövr 1983-cü ildə qeydə alınmışdı və ölkədə bütün müşahidə tarixi ərzində rekord göstərici olmuşdu. Həmçinin bu il Fransada ümumilikdə 50 gündən çox kəskin isti gün qeydə alınıb. Ümumilikdə bu cür isti günlərin sayı 2022-ci (33 gün) və 2003-cü illərin (22 gün) göstəricilərini üstələyir.