10 may 2023 10:33
368

Heydər Əliyev şəhərsalma və arxitektura sahəsinə xüsusi diqqət ayırıb- Anar Quliyev

“Heydər Əliyev Azərbaycan dövlətinin qurucusu, banisidir. Bütün ömrünü ölkənin inkişafına sərf edən Ulu Öndər şəhərsalma və arxitektura sahəsinə xüsusi diqqət ayırıb".

“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

"O şəhərlərimizin müasirləşməsinə, infrastrukturunun qurulmasına diqqət yetirib. Bu işlər sayəsində bu gün insanların həyat şəraiti yüksək səviyyədədir. Bizim borcumuzdur ki, Ümummilli Liderin qoyduğu yolu Prezident İlham Əliyevin rəhbərliyi altında davam etdirək. Ölkəni, şəhərlərimizi daha təhlükəsiz və gözəl edək", - deyə o qeyd edib.