"Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini həmişə yüksək qiymətləndirir. Onun adını hər zaman qəlbində saxlayır".
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini Əli Əhmədov deyib.
O bildirib ki, Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə həm ölkəmizdə, həm də xaricdə keçirilən tədbirlər ona olan misilsiz hörmətin göstəricisidir.
Baş nazirin müavininin sözlərinə görə, Heydər Əliyevin qurduğu dövlətin fundamenti o qədər möhkəmdir ki, bütün problemlərini həll etmək iqtidarındadır.