10 may 2023 14:47
451

Gəncədə Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub

Gəncə şəhərində müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, dahi şəxsiyyət, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan konfrans keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin və Gürcüstanın Gəncədəki Baş konsulları Recep Öztop, Nikolos İaşvili, Quru Qoşunların komandanı, general-mayor Ənvər Əfəndiyev, deputatlar, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, hüquq-mühafizə orqanlarının rəhbərləri, Dairə Seçki Kommisiyasının sədrləri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə, təşkilar rəhbərləri və kollektivləri, ziyalılar, ictimaiyyət nümayəndələri və media subyektləri iştirak ediblər.

Əvvəlcə qonaqlar Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında və Heydər Əliyev Mərkəzində ucaldılan abidələrini ziyarət ediblər, önünə tər güllər düzərək xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Daha sonra N.Bayramov Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdəlki fəaliyyəti ilə bağlı məruzə ilə çıxış edib.

Məruzədən sonra Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Əsrin adamı” adlı film nümayiş olunub.

Qeyd edək ki, bu gün saat 19:00-da Heydər Əliyev Park Xiyaban Kompleksindəki “Zəfər Tağı”nın qarşısında möhtəşəm konsert proqramı təşkil olunacaq.