11 may 2023 13:15
610

Heydər Əliyevin 100 illiyinə həsr olunan “Baku Open 2023”də VII tur yekunlaşıb

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalında 7-ci turun görüşləri yekunlaşıb.

“İki sahil” xəbər verir ki, C qrupunda Azərbaycan təmsilçisi Şəmsi Qaraxanov ilk pillədə qərarlaşıb.

Onunla eyni xala malik Türkiyə şahmatçısı Ayaz Zeyrek əlavə əmsallara görə ikinci yerdədir. Sonrakı pillələrdə 6 xalı olan Hüseyn Qurbanov, Əhməd Hüseynov, Suat İbrahimli (hər üçü Azərbaycan), eləcə də, özbək Afruzbek Sobirov və Məmməd Məmmədzadə (Azərbaycan) müvafiq olaraq 3-7-ci yerlərdə qərar tutublar.

B qrupunda ilk sıralarda Azərbaycan idmançıları dayanıblar. Hərəyə 6,5 xal toplayan Eldar Musayev və Elcan Əbdülkərimli 1-2-ci yerdədirlər. Aktivində 6 xalı olan gürcüstanlı Akaki Qaliçava digər həmkarları ilə birgə 3-7-ci pillələrdədir.

A qrupunda liderlik uğrunda gərgin mübarizə davam edir. Gürcüstan təmsilçisi Tornike Sanikedze 6 xalla bütün həmkarlarını qabaqlayır. Hindistanlı Leon Mendonca və Azərbayan şahmatçısı Məhəmməd Muradlı (hərəyə 5,5 xal) liderdən yarım xal geri qalırlar.

Qeyd edək ki, əsas turnirdə 23 ölkədən 140 şahmatçı iştirak edir. Festivalın mükafat fondu 55 000 dollar təşkil edir.