15 may 2023 10:16
410

Ordumuzda "Heydər Əliyev İli" çərçivəsində keçirilən silsilə tədbirlər davam edir

Respublikamızda 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamının icrası ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi Azərbaycan Ordusunda keçirilən tədbirlər planına əsasən fəaliyyətlər davam etdirilir.

Bu barədə "İki sahil"ə Müdafiə Nazirliyindən məlumat verilib.

Ulu Öndərin 100 illiyi ilə əlaqədar olaraq Müdafiə Nazirliyinin tabeliyindəki müəssisə və hərbi hissələrində növbəti ağacəkmə aksiyaları, eləcə də idman tədbirləri keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla anılıb. Ulu Öndərin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Təbiətin qorunmasına töhfə vermək, ekoloji tarazlığın bərpasına, ətraf mühitin mühafizəsinə kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək və ictimaiyyətin diqqətini yaşıllaşdırma işinin vacibliyinə yönəltmək məqsədilə keçirilən aksiyalarda müxtəlif növ ağaclar və güllər əkilib, abadlıq işləri aparılıb.

Silsilə tədbirlər çərçivəsində, həmçinin hərbi qulluqçular arasında futbol birinciliyi keçirilib, qalib komandalara kubok, medal və diplomlar təqdim edilib.