16 may 2023 14:06
364

Heydər Əliyev irsi dialoq və harmoniyanın nümunəsidir- Rumıniyalı parlamentari

Heydər Əliyev irsi dialoq və harmoniyanın nümunəsidir.

“İki sahil”in xəbərinə görə, bunu bu gün Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında Rumıniya Parlamentinin Deputatlar Palatasının sədr müavini Vasile-Daniel Suçiu bildirib.

Vasile-Daniel Suçun deyib ki, Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olub: “2009-cu ildə Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. Dostlar həyat boyu seçdiyimiz ailədir. Azərbaycan xalqına inkişaf, tərəqqi arzulayır, Heydər Əliyevin 100 illiyi münasibəti ilə təbrik edirəm”.