28 may 2023 15:05
949

Ulu Öndərin 100 illiyinə və Müstəqillik Gününə həsr olunan fləşmob keçirilib - FOTOLAR

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə və 28 May - Müstəqillik Gününə həsr olunan fləşmob keçirilib. Fləşmobda Azərbaycan Texniki Universitetinin (AzTU) və Milli Konservatoriyanın tələbələri Azərbaycanın Dövlət Himnini birlikdə oxuyub.

Bu barədə "İki sahil"ə AzTU-dan məlumat verilib. Bildirilib ki, AzTU TV-nin yeni layihəsi olan fləşmobda 70-dən çox tələbə iştirak edib.

Görüntülər Fəxri xiyaban, Şəhidlər xiyabanı, Azərbaycan Texniki Universiteti və Milli Konservatoriyada lentə alınıb.